Devid Bekhemin klubuna qol vuran tələbə hücumçu “Neftçi”də

30 İyul 2023 00:30 Neftçi 6 036
Devid Bekhemin klubuna qol vuran tələbə hücumçu “Neftçi”də

“Neftçi” ABŞ-də Böyük Futbol Liqasında (MLS) təmsil olunan “Şarlott”da çıxış edən braziliyalı hücumçu Andre Bava Şinyaşiki heyətinə qatmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Braziliyadan əlavə Yaponiyanın pasportuna sahib olan Şinyaşiki artıq “ağ-qaralar”ın düşərgəsinə qoşulmaq üçün ilkin razılığını verib.

Qeyd edək ki, 26 yaşlı hücumçu Braziliyanın San-Paulu şəhərində anadan olub. Şinyaşikinin valideyinlərindən biri yapondur.

O, 18 yaşında Denver Universitetində təhsil almaq üçün ABŞ-yə köçüb və burada peşəkar futbolla məşğul olmağa başlayıb.

Futbolçunun ilk peşəkar klubu “Kolorado Repidz” olub. 2022-ci ildə braziliyalı “Şarlott”a transfer olub.

Futbolçu “Şarlott”un heyətində debüt matçında Devid Bekhemin sahibi olduğu “İnter Mayami”yə qol vuraraq adından söz etdirə bilib.

Beləliklə, braziliyalı Matheus Saldanya “ağ-qaralar”ın düşərgəsindən Belqradın “Partizan”ına yollandıqdan sonra belə bir futbolçunun gəlişi “Neftçi”nin hücum xəttini gücləndirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti