"Neftçi" Saldaniyanı satdı, bu forvardla anlaşma əldə etdi – SON DƏQİQƏ

29 İyul 2023 14:40 Neftçi 10 399
"Neftçi" Saldaniyanı satdı, bu forvardla anlaşma əldə etdi – SON DƏQİQƏ

Mateus Saldaniyanı "Partizan"a satan "Neftçi" hücum xəttinə alternativ tapıb.

Bu barədə Sportinfo.az-a paytaxt klubundan məlumat verilib.

Redaksiyamıza bildirilib ki, son olaraq "Ərzurumspor"da forma geyinmiş Aaron Olanare ilə anlaşma əldə olunub.

2021-ci ildən burada çıxış edən forvardla 2 illik müqavilə imzalanacaq.

Nigeriya millisinin sabiq üzvü Türkiyə klubunun heyətində son mövsümdə meydana çıxdığı 23 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bakılılar hazırda sənədləşmə problemini həll etməyə çalışır. Ona viza açılması üçün müvafiq dövlət qurumlarına sorğu göndərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti