"Universitatya Krayova"nın yarımmüdafiəçisi Samuel Asamoa karyerasını Azərbaycanda davam etdirəcəyi barədə Rumniya mediası xəbər tirajlayıb.
Yayılan informasiyaya görə, 29 yaşlı qanalı "Neftçi" ilə danışıq aparır.
O da bildirilir ki, orta sahə oyunçusu "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutunun şəxsi maraq dairəsindədir. Tərəflərin danışığı tamamlamaq üzrə olduğu deyilir.
Məlumata görə, rumın mütəxəssis birbaşa Krayova təmsilçisinin prezidenti Adrian Mititelu ilə əlaqə yaradıb.
Mutu əvvəlcə 250 min dollar təklif etsə də, qarşı tərəfdən qəti "yox" cavabı alınca "Neftçi" rəhbərliyindən məbləğin artırılması üçün limit istəyib, razılıq verilib.
Rumın həmkarlarımızın "rumıniyalı Kante" adlandırdığı Asamoanın transfer qiyməti 700 min avro dəyərləndirilir.
2022-ci ildən Toqo yığmasında çıxış edən yarımmüdafiəçinin klubuna 500 min dollar təzminat qazandıracağı bildirilir. Millidə 7 dəfə meydana çıxmış afrikalının klubu ilə müqaviləsi bu ay başa çatıb.
"Neftçi"dən redaksiyamıza bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
Qeyd olunub ki, afrikalı Adrian Mutunun transfer siyahısında yer almır və rumıniya mediasının yaydığı iddialar sırf onun qiymətini qaldırmaq və "müştəri bolluğu" görüntüsü yaratmaq məqsədi daşıyır.
2021-ci ildən Krayova təmsilçisinin formasını geyinən Asamoa Belçikada "Eüpen", "Leüven" və "Sent-Trüyden"də çıxış edib.
SPORTİNFR.AZ

