"Neftçi"nin işi yağ kimi gedəcək – Onların o qədər problemi var ki…

29 İyul 2023 13:40 Neftçi 1 536
"Neftçi"nin işi yağ kimi gedəcək – Onların o qədər problemi var ki…

"Jelezniçar"ın (Bosniya və Herseqovina) futbolçusu Amar Drina Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri Konfrans Liqasının cavab oyununu buraxacaq.

buna 21 yaşlı müdafiəçinin evdə "ağ-qaralar"la 2:2 hesablı heç-heçə etdikləri ilk qarşılaşmada sarı vərəqə görməsi səbəb olub.

Bu mövsüm avrokuboklarda 3-cü dəfə rəsmi xəbərdarlıq alan gənc oyunçu cəzalı duruma düşüb.

Sarayevo təmsilçisinin heyətində başqa itkilər də var. Edin Kokaliç, Edin Rustemoviç və Semir Ştiliç ilk matçda iştirak etməyiblər. İrfan Yaşareviç və Cozef Amoa isə "Neftçi" ilə qarşılaşmada zədələnərək meydanı tərk ediblər.

Avqustun 3-də 8-ci km stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti