“Neftçi”nin legioneri Emin Ağalarovla bir arada - FOTO

28 İyul 2023 21:00 Neftçi 2 157
“Neftçi”nin legioneri Emin Ağalarovla bir arada - FOTO

“Neftçi”nin futbolçusu məşhur müğənni və iş adamı ilə görüşüb.

Görüş Nardaranda yerləşən “Sea Breeze” çimərliyində baş tutub.

“Aağ-qaralar”ın İsraildən olan legioneri Kenni Sayef Emin Ağalarovla görüşmək imkanı qazanıb.

Görüş israilli iş adamlarının “Sea Breeze”in sahibi ilə əməkdaşlıq çərçivəsində bir araya gəlməsi zamanı gerçəkləşib.

Belə ki, Sayef yaxın dostlarının sayəsində həmin gün orada olub və Emin Ağalarovla yaxından tanış olub.

Obyektin sahibi ilə qonaqlar yekunda xatirə şəkli çəkdirib. Kenninin dostu fotonu sosial şəbəkə hesabında paylaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti