"Neftçi"dən ayrılan Mateus Saldanya "Partizan"a keçib.
Serbiya klubu,24 yaşlı hücumçu ilə imzalanmış müqavilənin detallarını açıqlamayıb.
Forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.
"Neftçi" Mateus Saldanyanı bu ilin yanvarında Yaponiyadan - "CEF Yunayted"dən birillik icarəyə götürmüşdü.
Bakılılar bir neçə gün əvvəl intizamsız davranışına görə Saldanya ilə yollarını ayırdığını açıqlamışdı.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Sportinfo.az-a bildirib ki, “Partizan” transfer şərtlərini onlarla razılaşdırıb:
“Biz “Partizan”a icazə verdik ki, futbolçu ilə danışsın. Təbii ki, bu, müəyyən şərtlər daxilində oldu.
Bir növ, razılığa gəldik. Saldaniyanı məlum hərəkətlərindən sonra buraxmağa razı olduq”.

