Daha miskin görünməyən "Neftçi" bu sancılı dönəmi da adladarsa... VİDEO

28 İyul 2023 13:00 Neftçi 2 093
Daha miskin görünməyən "Neftçi" bu sancılı dönəmi da adladarsa... VİDEO

“Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununda Bosniya və Herseqovinada “Jelezniçar”la üz-üzə gəldi.

Görüşdə qalib müəyyənləşmədi - 2:2.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, "Neftçi"də yarımmüdafiədə, zonalara keçidlərdə problemlər var:

"Oyunçu profili olaraq Emin Mahmudov, Eddi İsrafilov, Kenni Sayef və Ata Cabir çox vacib isimlərdir. Ancaq eyni profildə olmaları üzündən top "Neftçi"də və rəqibdə olan zaman mövqe seçimlərində problemlər yaşanır.

Bu adların hamısı bir yerdə oynaya bilməz. Çünki bir-birilərini tamamlaya bilmirlər.

Rəqib hücuma çıxarkən, itirdiyi toplardan sonra xüsusilə cinahlarda boşluqlar verir. Topa zamanında sürət versəydilər, önəmli qol epizodları yaratmaq olardı.

Hələ ki, ləng oynayırlar. "Jelezniçar"ı hər bir halda keçmək lazımdır.

Aydın məsələdir, Adrian Mutu yeni gəlib, yeni heyət qurulur, transferlər də yoldadır. Ancaq bu, bəhanə olmamalıdır.

"Neftçi" bosniyalı rəqibini mübarizədən kənarlaşdırmalıdır. Vəssalam, buna borcludurlar!".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti