“Neftçi”nin baş məşqçisi: "Uduzmadıq, xoşbəxtəm"

28 İyul 2023 02:20 Neftçi 1 996
“Neftçi”nin baş məşqçisi: "Uduzmadıq, xoşbəxtəm"

"Nəticəyə görə narazıyam. Amma oyundan razı qaldım".

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovinada "Jelezniçar"la 2:2 hesablı heç-heçə etdikləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis rəqibin gücünə bələd olduqlarını bildirib:

"Jelezniçar"ın oyununu yaxşı təhlil etmişdik. Güclü komanda olduğunu bilirdik. Rəqib bu gün çox yaxşı müdafiə olundu".

Mutu stadiondakı atmosferdən də söz açıb:

"Ab-hava fenomenal idi. Uduzmadığımız üçün xoşbəxtəm. Ümid edirəm ki, bizim azarkeşlərimiz də cavab matçında eyni atmosferi yaradacaqlar".

Komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti