“Neftçi” üçün tarixi şans imkanı – Bunu bacaran olmayıb

27 İyul 2023 22:40 Neftçi 3 332
“Neftçi” üçün tarixi şans imkanı – Bunu bacaran olmayıb

“Neftçi”nin cari avrokubok mövsümündəki ilk rəqibi “Jelezniçar”dır.

Büdcəsi kifayət qədər artırılan və bunun sayəsində ard-arda transferlər gerçəkləşdirən “ağ-qaralar” mərhələni adlamaqda iddialıdır.

Lakin bir əmma var ki, adamı düşünməyə vadar edir.

İndiyə qədər Bosniya və Hersoqovinadan olan rəqiblərlə oyunlarda qeydə alınan nəticələr ümid vermir.

2004-ci ilin yayında Çempionlar Liqasında iştirak edən “Neftçi” birinci təsnifat mərhələsində “Şiroki Briyeq”ə rəqib olmuşdu. “Pecara” stadionunda baş tutan ilk qarşılaşmada meydan sahibləri 2:1 hesabı iilə qələbə qazanmış, iki həftə sonrakı cavab oyununda bakılılar Emin Quliyevin vurduğu qol sayəsində qələbə qazanıb, səfər qolu hesabına mərhələ adlamışdı.

Püşk 10 ildən sonra Bosniya və Hersoqovina komandalarını yenə bir-birinə rəqib etmişdi. 2014-cü ildə “Şiroki Briyeq” yenə Azərbaycana gəlmişdi, ancaq bu dəfə Bakıya yox, Qəbələyə.

İlk görüşdə Qəbələdə 0:2 hesabı ilə uduzan bölgə təmsilçisi səfərdə daha ağır yenilgi yaşamışdı – 0:3.

Düzdür, bosniyalılarla duellərdə mərhələ adlamaq sevinci yaşamışıq. Həm də “Neftçi”nin sayəsində. Lakin şəxsi oyunlardakı göstəricilər, səfərdə qeydə alınan nəticələr, həmçinin, vurulan və buraxılan topların fərqi balkanların üstünlüyündən xəbər verir.

“Neftçi” bu axşam Sarayevoda qazanacağı qələbə ilə təmsilçilərimizin Bosniyadakı uğursuz sindromuna son qoymaqla tarixi ilkə imza ata bilər. Bakılılar mümkün qalibiyyətlə həm də Konfrans Liqasının ikinci mərhələsinin qapısını aralamış olacaq.

“Jelezniçar” – “Neftçi” görüşü saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti