"Neftçi" Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada "Jelezniçar"ın qonağı olub.
"Qrbavitsa" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Görüşdə ilk qolu meydan sahibləri vurublar. 12-ci dəqiqədə Cenan Haraçiç komandasını önə keçirib. Azərbaycan təmsilçisi 42-ci dəqiqədə Aleksandar Kosoriçin avtoqolu ilə tarazlığı bərpa edib. İ
lk hissənin əsas vaxtına əlavə olunmuş 10-cu dəqiqədə Cozef Amoanın qoluna mane ola bilməyən bakılılar yenidən məğlub duruma düşüblər.
Buna baxmayaraq, 90+5-ci dəqiqədə Rəhman Hacıyev əla zərbə ilə komandasını məğlubiyyətdən xilas edib.
Komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Y
eri gəlmişkən, Türkiyə klubu ilk matçda inamlı qələbə qazanıb - 3:1.
27 iyul
23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) – "Neftçi" 2:2
QOLLAR: Haraçiç, 14, Amoa, 45+10 - Kilan Lebon, 44, Rəhman Hacıyev, 90+4
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, “Qrbavitsa” stadionu
Jelezniçar: 1. Edis Mulaliç, 5. Aleksandar Kosoriç (k), 19. Amar Drina, 33. İrfan Yaşareviç, 8. Nedim Mekiç, 18. Edin Biber, 7. Süleyman Krpiç, 17. Andriya Driyo, 26. Cozef Amoa, 9. Cenan Haraçiç.
Ehtiyat oyunçular: 13. Vedad Muftiç, 3. Amar Musiç, 4. Ali Paşiç, 6. Edin Kokaliç, 11. Hamza Qasal, 14. Semir Ştiliç, 21. Nikola Turanyanin, 23. Omar Beça, 28. Ayman Şemdin, 30. Drajen Dubaçkiç, 77. Haris Ovçina.
Baş məşqçi: Nermin Başiç.
Neftçi: 1. İvan Brkiç, 4. Mark Tamaş, 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov (k), 10. Filip Ozobiç, 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 23. Ataa Cabir, 26. Ömər Buludov, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.

