Mutu ad çəkdi, "Neftçi" 250 min avroluq təklif göndərdi

27 İyul 2023 20:20 Neftçi 3 204
Mutu ad çəkdi, "Neftçi" 250 min avroluq təklif göndərdi

"Neftçi" “Universitetya Krayova 1948”in yarımmüdafiəçisi Samuel Asamoanı transfer etmək istəyir.

Sportinfo.az Rumıniyanın "Prosport" nəşrinə istinadən xəbər verir ki, Bakı klubunun baş məşqçisi Adrian Mutu rəhbərlikdən toqolu yarımmüdafiəçinin transferini xahiş edib.

"Neftçi" Mutunun istəyini nəzərə alaraq oyunçu üçün Rumıniya təmsilçisinə 250 min avroluq təklif göndərib.

Bildirilib ki, təklifin qəbul olunma şansı azdır. Çünki "Universitetya Krayova 1948" 500 min avro təzminat istəyir.

Mutunun istədiyi futbolçu üçün "Neftçi"nin danışıqları davam etdirəcəyi vurğulanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti