“Vəd verməyi xoşlamıram.
Açığı, bunu düzgün hesab etmirəm, çünki sabah nə olacağını bilmək olmur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yeni baş məşqçisi həmkarımızın qrup mərhələsi ilə bağlı verdiyi sualı cavablandırarkən deyib.
Azarkeşlər hər zaman sevimli komandalarından avrokubokların qrup mərhələsinə vəsiqə gözləyib.
Əvvəlki illərdə bu, mümkün deyildisə, klub rəhbərliyində və məşqçilər heyətindəki dəyişiklikdən sonra arzu reallaşana oxşayır. Üstəlik, heytin gücləndirilməsi prosesinə başlanıb.
Mutu yaşananların fərqindədir. Lakin “Neftçi” qrupa bu il vəsiqə qazanacaq, yoxsa gələn il. Azarkeşlərə söz verə bilərsiz” sualına konkret cavab verməyib:
“Xeyr, bunu vəd verə bilməyəcəm. Azarkeşlərə onu söz verə bilərəm ki, uğur qazanmağımız üçün dayanmadan çalışacaq və meydanda bacardığımızın 100 faizini verəcəyik.
Bizimlə yanaşı, futbolçuların da işə eyni cür yanaşacağına inanıram. Məqsədimiz isə təbii ki, avrokubokların qrup mərhələsində çıxış etməkdir”.
HƏBİB

