“Neftçi”yə görə nəqliyyatın hərəkəti dayandırılacaq - Sarayevoda

27 İyul 2023 16:20 Neftçi 688
“Neftçi”yə görə nəqliyyatın hərəkəti dayandırılacaq - Sarayevoda

“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinada “Jelezniçar” ilə bu gün keçirəcəyi oyuna görə Sarayevoda nəqliyyatın hərəkəti dayandırılacaq.

Sportinfo.az-ın “avaz.ba” saytına istinadən məlumatına görə, konkret olaraq Zvorniçka küçəsində Bakı vaxtı ilə saat 21:00-dan etibarən nəqliyyatdan istifadə mümkün olmayacaq.

Yerli Nəqliyyat Nazirliyi “Jelezniçar” – “Neftçi” görüşünün təhlükəsiz təşkili üçün bu qərarı qəbul edib. Zvorniçka küçəsində insanlar 5 saat nəqliyyatdan yararlana bilməyəcəklər.

“Qrbavitsa” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti