"Neftçi"nin baş məşqçisi “Sportinfo“ya söylədi: “Bu sevinci yaşamaq istəyirik“

27 İyul 2023 13:00 Neftçi 1 275
"Neftçi"nin baş məşqçisi “Sportinfo“ya söylədi: “Bu sevinci yaşamaq istəyirik“

"Neftçi" bu gün Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq.

Bakı təmsilçisi turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq.

Rəqib ölkənin titullu klublarından "Jelezniçar" olacaq.

“Qrbavitsa” stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək. Görüşdə ədaləti estoniyalı Yuri Frişer qoruyacaq.

İlk matçı Sarayevoda oynamağı üstünlük hesab edə bilərik? “Ağ-qaralar“ın baş məşqçisi Adrian Mutu Sportinfo.az-ın sualına belə cavab verib:

“Məncə, bunun ciddi fərqi yoxdur. İstənilən halda oyunlardan biri Bosniyada, digəri Azərbaycanda keçiriləcək.

Sadəcə, tarixlər fərqlidir. Səfərdən yaxşı nəticə ilə qayıdıb, Bakıda - doğma meydanımızda dolu tribunalar önündə azarkeşlərlə birlikdə mərhələ adlamağın sevincini yaşamaq istəyirik“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti