“Neftçi” ilə çempionluq qazanmaq istəyirəm”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Yuri Matias “flashscore.ro” saytına müsahibəsində deyib.
Rumıniyanın ÇFR klubundan yay fasiləsində transfer edilən 28 yaşlı braziliyalı mərkəz müdafiəçisi başqa təkliflərinin olduğunu da etiraf edib:
“Konkret olaraq üç təklifim var idi. Amma mən “Neftçi”yə keçməyi qərara aldım. Çünki bu, həm mənim, həm də ÇFR üçün yaxşı seçim oldu.
“Neftçi” çempionluğa iddia etdiyi üçün bu klubu seçdim. ÇFR-də olarkən də belə idi”.
Yuri Matias “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

