“Neftçi” özbaşınalıq edən futbolçusunu MƏHKƏMƏYƏ VERDİ

26 İyul 2023 14:00 Neftçi 1 808
“Neftçi” özbaşınalıq edən futbolçusunu MƏHKƏMƏYƏ VERDİ

“Neftçi” FİFA-ya üz tutub.

Bakı klubu düşərgəni özbaşına tərk edən Mateus Saldanyadan dünya futbol qurumuna şikayət məktubu ünvanlayıb.

Premyer Liqanın bürünc medalçısı braziliyalı hücumunun onlardan icazə almadan Serbiyaya yollanmasını burada göstərib

. Məktubda qeyd olunub ki, icarə müqaviləsi 2024-cü ilin yanvarındə bitəcək forvard “Partizan” dan maliyyə cəhətdən çox yaxşı təklif alıb və rəhbərlikdən cavab gözləmədən adıçəkilən ölkəyə üz tutub.

Dünən klub da rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatda Saldanyanın gedişinə aydınlıq gətirilib:

“Son müsahibələrində “Neftçi” ilə müqaviləsinin olduğunu və sonadək komandada qalacağını bildirən futbolçu bu təklifdən sonra klub rəhbərliyindən getməsi üçün icazə istəyib.

Lakin klub rəhbərliyi indiki vəziyyətdə, yəni mövsümün əvvəlində, Avropa Konfrans Liqasının oyunlarına bir neçə gün qalmış onu komandadan buraxmaq istəmədiyini dəfələrlə onun nəzərinə çatdırıb.

Bütün bu xəbərdarlıqlara baxmayaraq, Mateus Saldanya son günlərdə müxtəlif səbəblərlə komanda ilə birlikdə məşqlərdə iştirak etməkdən yayınıb, iyulun 24-də keçirilən məşqdə isə icazə almadan iştirak etməyib.

Rəhbərlik futbolçunun bu cür hərəkətləri ilə əlaqədar həm onu, həm də menecerini rəsmi qaydada məlumatlandırıb.

Bildirilib ki, “Neftçi” kimliyindən asılı olmayaraq maddiyəti hər şeydən üstün tutan, onun rənglərinə bağlı olmayan, forma üçün mübarizə aparmağa hazır olmayan heç bir kəsi heyətində məcburi saxlamaz.

Buna görə də braziliyalı futbolçunun komandadan xaric olunması haqqında qərar verilib.

Qeyd etməliyik ki, proses dövründə “Partizan” klubu yazılmış və yazılmamış qaydalar çərçivəsində davranıb. Dostluq münasibətlərimiz olan Belqrad təmsilçisinə heç bir iradımız yoxdur”.

"Neftçi" Mateus Saldanyanı bu ilin yanvar ayında Yaponiyadan - "Ceff Yunayted"dən icarəyə götürüb. "Sambaçı"nın Bakı klubu ilə müqaviləsi bu ilin 31 dekabrınadək qüvvədədir.

"Sambaçı"nın Azərbaycanda illik qazancı 350 min avro civarındadır. Yaponiyanın birinci liqa təmsilçisi icarə qarşılığında 200 min avrodan artıq gəlir əldə edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti