Mutu bu legionerin də "Neftçi"dən göndərilməsini istədi

26 İyul 2023 11:40 Neftçi 7 573
Mutu bu legionerin də "Neftçi"dən göndərilməsini istədi

Adrian Mutu daha bir legionerin "Neftçi"dən göndərilməsini istəyir.

Yeni baş məşqçi ötən yay 2 illik müqavilə bağlayan Ataa Caberin xidmətində maraqlı deyil.

Rumıniyalı çalışdırıcı 29 yaşlı yarımmüdafiəçinin iddialı komandaya yaramaması qənaətindədir.

"Ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinən orta sahə oyunçusu İsrailin “Makkabi” (Hayfa, 2012 - 2017), “Bney Saxnin” (2015, 2017 - 2021) və “Aşdod” (2021-2022) klublarında çıxış edib.

2015-2016-cı illərdə ölkəsinin U-21 millisinin üzvü olub. 2016-cı ildə “Makkabi”nin heyətində İsrail Kubokunu qazanıb.

Paytaxt təmsilçisi bu yay 4 legionerlə əməkdaşlığa son qoyub.

Serbiyalı müdafiəçi Vojislav Stankoviç, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli və gürcüstanlı hücumçu Vato Arveladze ilə müqavilə uzadılmayıb.

Həmçinin gürcü müdafiəçi Solomon Kverkveliya ilə kontrakta qarşılıqlı razılaşma əsasında xitam verilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti