“Neftçi": Biri dəyişdi, iş başında ola bilməyəcək

26 İyul 2023 02:00 Neftçi 937
“Neftçi": Biri dəyişdi, iş başında ola bilməyəcək

"Neftçi"nin Bosniya və Herseqovinada "Jelezniçar"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun hakimlərindən biri dəyişib.

Sportinfo.az xəbər verir ki, estoniyalı laynsman Veyko Mıtsnik bu görüşdə iş başında ola bilməyəcək.

Onu digər yan xətt hakimi Neeme Neemlayd əvəzləyəcək. Bunun hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Matçı estoniyalı FIFA referisi Yuri Frişer idarə edəcək.

İyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra gerçəkləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti