"Benfika"nın sabiq futbolçusu Kalifo Balde karyerasını Azərbaycanda davam etdirə bilər.
Bu barədə "Record" məlumat yayıb.
Premyer Liqa klublarımızdan biri 23 yaşlı sol cinah müdafiəçisi ilə maraqlanır. Lakin həmin klubun adı açıqlanmayıb.
Qvineya-Bissaulu oyunçuya Kipr və Portuqaliyadan da təkliflər var.
"Sakavenense"nin yetirməsi olan Balde 2017-2018-ci illərdə "Benfika"nın U-19 və B komandalarında çıxış edib.
Balde son mövsümü "Amora"nın heyətində keçirib. Müdafiəçi 2022/2023 mövsümündə meydana çıxdığı 17 rəsmi matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.
Redaksiyamıza daxil olan məlumata görə, Kalifo Balde ilə “Neftçi” maraqlanıb. Lorentsiu Regekampf onu öz sərəncamında görmək istəyib.
Daha sonra Adrian Mutuya onun haqda informasiya verilib. Yeni baş məşqçi afrikalı legionerin transferinə soyuq yanaşıb.
SPORTİNFO.AZ

