“Neftçi” nin yeni prezidenti (baş icraçı direktoru) mediaya təqdim edilib.
Sportinfo.az xəbər verir ki, Fərrux Mahmudov “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.
Rövşən Nəcəf Fərrux Mahmudova fəaliyyətində uğurlar arzulayıb.
F.Mahmudov klubun inkişaf istiqamətləri barədə məlumat verib:
"Klubun fəaliyyəti ilə bağlı 4 istiqamət müəyyənləşdirilib. Bunlar idman tərəfi, doğru idarəetmə, maliyyə resursları, azarkeşlərlə düzgün kommunikasiyanın qurulmasıdır.
Bütün bunlar təmin edildikdən sonra klubun fəaliyyətində dönüş yaranacağına ümid edirik".

