"Neftçi"nin hücumçusu Mateus Saldanya yeni təklif alıb.
Bu barədə paytaxt təmsilçisindən Sportinfo.az-a məlumat verilib.
Redaksiyamıza bildirilib ki, 23 yaşlı forvard karyerasını Serbiyada davam etdirmək imkanı əldə edib.
Belə ki, "Partizan" braziliyalı legionerin xidmətində maraqlıdır. Ön xətt oyunçusu müqavilə imzalamaq üçün Belqrada dəvət olunub
"Neftçi" ateus Saldanyanı bu ilin yanvar ayında Yaponiyadan - "Ceff Yunayted"dən icarəyə götürüb. "Sambaçı"nın Bakı klubu ilə müqaviləsi bu ilin 31 dekabrınadək qüvvədədir.
"Sambaçı"nın Azərbaycanda illik qazancı 350 min avro civarındadır. Yaponiyanın birinci liqa təmsilçisi icarə qarşılığında 200 min avrodan artıq gəlir əldə edib.
Baklıların yeni baş məşqqçisi Adrian Mutu braziliyalının qalmasına can atmır. Rumıniyalı mütəxəssis həmyerlisi, ondan əvvəl komandanı çalışdırmış Lorentsiu Regekampfın sevimli hücumçusunu özünü gələcək planlarında görmür.
Saldaniyanı "Partizan"a getməyə sövq edən səbəbin kökündə də bu dayanır. Sadəcə, Belqrad təmsilçisi onu havayı əldə etməyi ağlının ucundan keçirməməlidir.
İcarə müqaviləsinin bitməsinə hələ 6 ay qalıb və bu müddətə görə ödəmə etməlidirlər. Bakılılar serbiyalı həmkarlarını bununla bağlı məlumatlandırıb.

