"Qarabağ" onu zurna-balabanla yola salmalı idi? - GÜNDƏMƏ "BOMBA" KİMİ DÜŞƏCƏK VİDEO

25 İyul 2023 16:40 Neftçi 2 185
"Qarabağ" onu zurna-balabanla yola salmalı idi? - GÜNDƏMƏ "BOMBA" KİMİ DÜŞƏCƏK VİDEO

Dünən Azərbaycan futbolunda mövsümün ən maraqlı transferlərindən biri baş tutdu.

Qara Qarayev "Qarabağ"dan "Neftçi"yə keçdi.

Ən çox müzakirə olunan isə "Qarabağ"ın Qarayevi çox sadə şəkildə paylaşımla yola salması idi.

Bu, çox ciddi etirazlarla qarşılandı. Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, bu keçidin "ağ-qaralar"ın oyun planında nə kimi dəyişiklərə səbəb olacağının müzakirə edilməsi əvəzinə, "Qarabağ"ın vida paylaşımı ön planda yer alır:

"Futbolu analiz etməkdənsə, "Qara Mutunun oyun planında nə kimi üstünlüklər qazandıra bilər" sualına cavab tapmaq yerinə belə mövzunun müzakirəsi heç də xoş hal deyil. F

utbolumuz, mediamız adına çox məyusedici məqamdır. Azarkeşləri anlamaq mümkündür.

Bəs futbol camiəsinə nə olub? Bu məsələyə fərqli prizmadan yanaşmaq istərdim.

Qaranın bu günlərə gəlməsində "Qarabağ"ın böyük rolu var. Yekunda hər iki tərəf qazanıb, həm maddi, həm də mənəvi anlamda.

Ancaq Ağdam klubu əzəli rəqibi "Neftçi"ni seçən futbolçusunu niyə təmtəraqla yola salmalıdır ki? Dünyanın heç bir ölkəsində belə nümunə yoxdur.

Elə götürək, Türkiyə Super Liqasında İstanbul nəhənglərinə bir-birilərindən keçən futbolçuları. Hansında duyğusal paylaşımlar olub?

İndi "Qarabağ"ı qınamaq ədalətsizlik olar. Nə etməli idi? Zurna-balabanla, uzun, pafoslu videoçarxla sağollaşmalı idi?

Qara çox önəmli futbolçudur. Həm insan, həm də futbolçu kimi bir çoxlarına nümunədir.

Heç bir klub 18 il şərəfini qoruduğu futbolçusunu əzəli rəqibinə göndərmək istəməz. Ona görə də, hay-həşir salmaq, Ağdam klubunu nədəsə qınamaq qeyri-obyektivlikdir".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti