"Neftçi"dən iki milyon dollara yaxın pul istədilər

25 İyul 2023 03:40 Neftçi 1 934
"Neftçi"dən iki milyon dollara yaxın pul istədilər

"Neftçi" "Rodina"nın futbolçusu Ruslan Fişenkonu transfer etmək istəyib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, "ağ-qaralar" əslən azərbaycanlı olan yarımmüdafiəçini bu yay heyətinə qatmaq üçün danışıqlar aparıb.

Lakin transfer məbləği yüksək olduğundan Fişenkonun "Neftçi"yə keçidi baş tutmayıb. Rusiya klubu futbolçusu üçün paytaxt təmsilçisindən iki milyon dollara yaxın pul istəyib.

ÇSKA yetirməsi olan Ruslan AFFA-nın da milliyə cəlb etmək istədiyi futbolçudur. Bir müddət əvvəl federasiyasa ona yeni təklif göndərsə də, o, yenə millimizdə oynamaqdan imtina edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti