“Qarabağ”dan ayrılan və “Neftçi”yə transfer olan Qara Qarayev keçidi ilə bağlı bəzi məqamları açıqlayıb.
Sportinfo.az xəbər verir ki, futbolçu “Neftçi TV”yə müsahibəsi zamanı gələcək hədəfləri və yeni klubu haqqında fikirlərini bildirib:
“Düşündüm ki, gələcək karyeramı “Neftçi”də davam etdirmək daha faydalı olacaq. Rəhbərliyin və Emin Mahmudovun sayəsində mən “Neftçi”nin üzvü oldum.
Bu, həm özümün istəyim, həm də onların köməyi idi. Rəqib komandaya keçsəm də “Qarabağ”ın əziyyətini və dəylərini heç vaxt unutmayacam”.
Qara Qarayev yeni komandaya keçidi ilə bağlı maraqlı məqamı da dilə gətirib:
“Emin mənə dedi ki, başqa kluba getsən, bir dost itirəcəksən. Bu aramızda olan zarafat idi, Eminə də təşəkkür edirəm ki, mənə faydalı məsləhətlər verdi.”
Həmin müsahibəni təqdim edirik:

