“Olimpiakos“un sabiq müdafiəçisini transfer etdi - "Neftçi"

25 İyul 2023 01:30 Neftçi 2 463
“Olimpiakos“un sabiq müdafiəçisini transfer etdi - "Neftçi"

“Neftçi” növbəti transferini həyata keçirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu Ervin Koffi ilə 2 illik müqavilə bağlanıb.

28 yaşlı sağ cinah müdafiəçisi "Neftçi"də 99 nömrəli formanı geyinəcək.

Ervin Koffi Fransanın “Şatoru” (2015), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Yunanıstanın “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib.

Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.

“Neftçi” bundan əvvəl Azərbaycan millisinin üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti