“Bura gəzməyə yox, “Neftçi”yə kömək etməyə gəlmişəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yeni transferi Yuri Matias deyib.
Bakılıların “Rapid”dən (Buxarest) transfer etdiyi və 2 illik müqavilə imzaladığı braqziliyalı müdafiəçi əməkdaşımızın “son illər “Neftçi”nin ən yaralı yeri müdafiə xəttidir, sənin gəlişinlə vəziyyətin xeyli yaxşılaşacağını təxmin etmək olarmı” sualına bu cür cavab verib:
“Kifayət qədər təcrübə sahibiyəm. Futbolda öyrəndiklərim çoxdur.
Özüm meydanda can qoyduğum kimi, ətrafımda olan komanda yoldaşlarıma da bunu aşılayacam. Birləşib, komandamıza faydalı olmalıyıq”.

