Xəbər verdiyimiz kimi "Neftçi"də Kamran Quliyev dönəmi başa çatdı.
Funksioner 2018-ci ildə bu vəzifəyə gətirilmişdi.
"Ağ qaralar" 9 ildən sonra ilk dəfə Quliyevin prezident olduğu dönəmdə ölkə çempionu ola bilmişdi
Bu, onun rəhbərliyi altında ilk və son titul oldu.
Lakin qazanılan çempionluq da azarkeşlərin sabiq prezidentə qəzəbini azaltmayıb.
Ayrılıq xəbəri çıxar-çıxmaz tərəfdarlar Quliyevin gedişini sosial şəbəkələrdə toy-baydama çeviriblər.
Hər kəs bir ağızdan prezidentin istefasına sevindiyini dilə gətirib:
"Bütün "Neftçi" sevənləri tərbrik edirəm".
"Neftçi" azarkeşlərinin hər birin təbrik edirəm. Canımız qurtardı".
"Son vaxtlar aldığım ən gözəl xəbərlərdən biridir. Deməli, işıqlı günlər qabaqdadır".
"Yalansa gerçək olsun".
"Axır ki, şad xəbər gəldi".
"İndi yavaş-yavaş gələcəyə ümid yaranır".
"Gözümün birinə işıq gəldi".
"Bu günün deyil, ilin ən gözəl xəbəri oldu".
"Oğuz elində toy-bayramdı. 40 dağda 40 tonqal qalansın".
"Durum, bir mahnı qoyub doyunca oynayım".
"Neftçi" üçün bundan yaxşı xəbər ola bilməz".
XANOĞLAN / SPORTİNFO.AZ

