“Neftçi”yə yeni prezidenti hansı nazir məsləhət görüb?

24 İyul 2023 16:00 Neftçi 2 020
“Neftçi”yə yeni prezidenti hansı nazir məsləhət görüb?

Xəbər verdiyimiz kimi, Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib.

O, bu vəzifədə Kamran Quliyevi əvəzləyib.

F.Mahmudov paytaxt klubuna elm və təhsil naziri Emin Əmrullayevin təqdimatı ilə gəlib. Axı adıçəkilən nazirin özü də “Neftçi”nin Müşahidə Şurasının üzvüdür.

Cütlüyün tanışlığı illər öncəyə dayanır.

Mahmudov 2022-ci ildən – Əmrullayevin Azərbaycan Basketbol Federasiyasının prezdenti postuna gətirilməsindən sonra burada icraçı direktor kimi çalışmağa başlayıb.

1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olub.

F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Evlidir, 3 övladı var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti