Ərəblər "Neftçi"dən ayrılan legioneri VARLANDIRDI

25 İyul 2023 11:20 Neftçi 1 745
Ərəblər "Neftçi"dən ayrılan legioneri VARLANDIRDI

"Neftçi"nin yollarını ayırdığı Solomon Kverkveliya karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Gürcü legioner "Əl-Ohdud"la anlaşıb.

31 yaşlı müdafiəçi iki illik müqaviləyə qol çəkib.

Gürcüstan millisinin üzvü 2022-ci il iyulun 4-də "ağ-qaralar"la 2 illik müqavilə imzalamışdı. Paytaxt təmsilçisi onunla sözləşmənin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu açıqlayıb.

“Neftçi”də 42 rəsmi matçda meydana çıxan və 2 qola imza atan arxa xətt oyunçusu Ərəbistan yarımadasında bir qədər də varlanacaq.

Öncəki illərdə Rusiyada «Lokomotiv» də daxil, bir çox klubun şərəfini qorumuş Solomon qarşıdakı 2 ildə üst-üstə 700 min avro qazanacaq.

O, Səudiyyə Ərəbistanının aşağı liqasında meydana çıxacağı hər oyuna görə əlavə olaraq 10 min avro əldə edəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti