Kamran Quliyev “Neftçi”nin prezidenti vəzifəsindən azad edilib.
Bu barədə "ağ-qaralar"ın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.
Bu ayrılıq hələ o demək deyil ki, hər şey arxada qaldı və qurtardı. Qətiyyən belə deyil! SOCAR Quliyevin fəaliyyətini araşdırmağa davam edir.
Bununla bağlı xüsusi qrup yaradılıb və ötən 5 ilə aid maliyyə məsələləri incələnməyə alınıb. Başqa sözlə, «detoks» mərhələsi başlayıb.
Bura keçən müddətdə klubla sponsorlar arasında bağlanmış müqavilələr, həmçinin transfer əməliyyailarındakı rolu da daxildir.
SPORTİNFO.AZ

