Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovinadan “Jelezniçar” ilə qarşılaşacaq “Neftçi”nin 3-cü təsnifatdakı potensial rəqibləri bəlli olub.
Sportinfo.az xəbər verir ki, “Neftçi”nin 3-cü raunddakı potensial rəqibləri PAOK (Yunanıstan) – “Beytar” (İsrail), “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya), “Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) cütlərinin qalibləri və “Alkmaar”dır (Niderland).
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü bu gün saat 16:00-da atılacaq.

