Mutu "Neftçi"də "təmizlik" istəyir – Daha 3 legioner…

24 İyul 2023 11:00 Neftçi 7 964
Mutu "Neftçi"də "təmizlik" istəyir – Daha 3 legioner…

Bir həftədən artıqdır «Neftçi»də işə başlayan Adrian Mutu komanda barədə ilkin rəyə gəlib.

Rumıniyalı çalışdırıcı bununla bağlı düşüncələrini rəsmilərlə bölüşüb.

«Rapid»dən dəvət edilən mütəxəssis mövcud heyətin yüksək iddialar uğrunda mübarizə aparmaq iqtidarında olmadığını bildirib.

O deyib ki, Lorentsiu Regekampfın dönəmində bir neçə yanlış transfer əməliyyatı həyata keçirilib və indi islahatların davam etdirilməsi mütləqdir.

Mutu ən azı daha 3 legionerin yola salınması gərəkdiyi fikrindədir.

«Neftçi» bu yay 4 əcnəbiylə vidalaşıb. Sezar Meza Kolli, Vatto Arveladze və Vojislav Stankoviçlə müqavilənin müddəti uzadılmayıb, Solomon Kverkveliya ilə kontrakta isə qarşılıqlı razılaşma əsasında xitam verilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti