“Jelezniçar”ın (Bosniya və Herseqovina) baş məşqçisi Nermin Başiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matçlardan danışıb.
Sportinfo.az xəbər verir ki, o, deyib:
"Dinamo"ya qarşı xüsusilə 1-ci hissədə yaxşı oyun nümayiş etdirdik. "Dinamo"nun bütün planlarını poza bildik.
Bu, bizim üçün çox böyük qələbədir. "Dinamo"ya uğurlar arzu edirəm.
Komandamı təbrik edirəm, əla oyun oynadıq. İlk görüşdə də yaxşı oynamışdıq, amma bəxtimiz gətirmədi.
"Neftçi" ilə oyunlara eyforiyaya qapılmadan hazırlaşacağıq. Sevinirəm ki, azarkeşlərimiz daha bir avrokubok matçına şahidlik edəcəklər. Çünki onlar buna layiqdirlər".
"Neftçi" "Jelezniçar" ilə ilk oyununu iyulun 27-i səfərdə, cavab matçını avqustun 3-ü evdə keçirəcək.

