"Neftçi"ni Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportifno.az xəbər verir ki, iyulun 27-i keçiriləcək (Bakı vaxtı ilə saat 22:30) "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" matçının baş hakimi Estoniyadan Yuri Frişer olacaq.
Köməkçi hakimlər Veyko Mıtsnik və Sander Saqa, dördüncü hakim Kevin Kayvo təyin olunub.

