Rayon klubu yaşamağın yolunu tapdı - MilliÖn... FOTO

23 İyul 2023 18:10 Neftçi 1 630
Rayon klubu yaşamağın yolunu tapdı - MilliÖn... FOTO

Sportinfo.az xəbər verir ki, yeni mövsümdən İkinci Liqada mübarizə aparacaq "Göygöl" maraqlı addım atıb.

Klub ona dəstək olmaq istəyən azarkeşlərin rahatlığı üçün onlayın sistemə daxil olub.

Belə ki, kluba dəstək olmaq istəyən azarkeşlər yardımlarını MilliÖn ödəmə terminalı vasitsəilə həyata keçirə biləcəklər.

Klub verdiyi elanda "Azərbaycanda ilk dəfə ölkə futbolunda "crowdfunding” prinsipi ilə dəstək platformasını başlatdığımızı qürur hissi ilə elan edirik!

Bu gündən etibarən Respublikanın "MilliÖn” terminallarından Göygöl Futbol Klubuna dəstək ola bilərsiz. Hər birinizi futbolun inkişafı istiqamətinə ianə etməyə dəvət edirik. Gəlin ölkə futbolunu birlikdə inkişaf etdirək!" - sözlərindən istifadə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti