Bu gün “Neftçi” daha bir transferini rəsmiləşdirib.
Macarıstanlı Mark Tamaşla 2 illik müqavilə bağlanıb.
29 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.
Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib.
Ölkəsinin əsas millisinin heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.
Bakılılar Tamaşın keçidi üçün Rumıniya klubuna 200 min avro civarında təzminat ödəyib. Səbəbkarın özü isə Azərbaycanda keçirəcəyi 2 il ərzində isə təqribən 1 milyon avro qazanacaq.
“Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.
SPORTİNFO.AZ

