"Neftçi"də başlayan islahatlardan "Qarabağ"adək…GÜNDƏMİN NƏBZİ BU VİDEODA

23 İyul 2023 12:20 Neftçi 2 738
"Neftçi"də başlayan islahatlardan "Qarabağ"adək…GÜNDƏMİN NƏBZİ BU VİDEODA

“Neftçi”yə rəhbər təyin olunan Fərrux Mahmudovun futboldan anlayışı yoxdursa, komandaya hər müdaxiləsi, məşqçilərə göstəriş verməsi fiaskoyla nəticələnə bilər.

Ümumiyyətlə, futbolu bilənlər, anlayışı olanlar idarə etməlidir”.

Bu sözləri tanınmış jurnalist, aparıcı-ekspert Elçin Cəfərov “Sportinfo TV”də yayımlanan “Azarkeş saatı”nda deyib.

Təxminən 1 saat müddət ərzində canlı yayımda izləyicilər tərəfindən ünvanlanan suallara cavab verən tanınmış telejurnalist “Neftçi”dəki son dəyişiklərə və transfer xəbərlərinə də münasibət bildirib:

“Artıq rəhbər vəzifəyə yeni təyinatdan sonra transfer çalışmlarına başlanılıb. Bu işlə məşğul olanlar iki gündür yatmaq nədir, bilmirlər.

“Neftçi” yeni dəyişiklərlərdən sonra düzgün strategiya ilə yüksəlişə keçə bilər. Amma bir şərtlə ki, yeni təyin edilən Fərrux Mahmudov futbola qarışmasın.

Ümumiyyətlə, futboldan anlayışı olmayanların bu işə girişməsi fiasko ilə nəticələnir. Bunun çox nümunəsini görmüşük.

Qarşıdakı günlərdə yeni transferlərin adları açıqlanacaq. Ən azı 6-7 transfer olmalıdır.

Bu proseslər hamısı birbaşa SOCAR-ın prezidenti Rövşən Nəcəfin nəzarəti altında baş verir. Fərqli, “Neftçi” izləyə bilərik”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti