Macarıstan yığmasının müdafiəçisi rəsmən "Neftçi"də!

23 İyul 2023 11:05 Neftçi 4 525
Macarıstan yığmasının müdafiəçisi rəsmən "Neftçi"də!

"Neftçi" heyətinə yeni legioner qatıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi macarıstanlı mərkəz müdafiəçisi Mark Tamaşı transfer edib.

Son klubu Rumıniya "Sepsi"si olan 29 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları haqda hələlik məlumat verilməyib.

Mark 2021-ci ildə Macarıstan millisində debüt edib. O, yığmada cəmi 1 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti