“Azarkeşlər “Neftçi”ni boykot edir, tribunalardan tez-tez “istefa” şüarları eşidilirdi.
Onlar 100 faiz haqlıdırlar”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq müdafiəçisi Vojislav Stankoviç deyib.
2018-ci ildə “Qəbələ”ni paytaxt klubuna dəyişən serbiyalı legioner yaxınlarda Azərbaycandan birdəfəlik ayrıldı. Müqavilə müddəti yenilənməyən balkanlı söyləyib:
“Qəbələ” finaldakı məğlubiyyətə görə“Neftçi” azarkeşlərinin hər birindən öz adımdan üzr istəyirəm. Açığı, həmin məğlubiyyətə görə daha çox onların adına üzüldüm.
Çünki “Neftçi” azarkeşi o məğlubiyyəti, o məyusluğu haqq etmirdi. İllərdir bizi dəstəkləyirlər, səfər oyunlarında yanımızda olurlar, komandanın nəticələrini düşünürlər.
Nəticələr istədikləri kimi olmayanda isə fitə basmaları, hər cür irad bildirmələri normal və qəbul olunandır”.

