“Neftçi”yə görə çempionat matçının təxirə salınmasını istəyir - “Jelezniçar”

22 İyul 2023 22:40 Neftçi 1 038
“Neftçi”yə görə çempionat matçının təxirə salınmasını istəyir - “Jelezniçar”

“Jelezniçar” Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunlara görə Bosniya və Herseqovina çempionatının I tur matçının təxirə salınmasını istəyir.

Sportinfo.az xəbər verir ki, Sarayevo təmsilçisi Premyer Liqanın startında “İqman”la qarşılaşmanın başqa vaxta salınması üçün yerli federasiyaya müraciət edəcək.

Həmin görüş iyulun 30-da – yəni “Neftçi” ilə evdə keçiriləcək ilk oyundan üç gün sonra baş tutmalıdır.

Baş məşqçi Nermin Başiç Bakıdakı cavab matçına daha yaxşı hazırlaşmaq üçün “İqman”la görüşün təxirə salınmasını istəyib.

Yaxın günlərdə bununla bağlı rəsmi müraciətin olması gözlənilir.

“Jelezniçar”la “Neftçi” arasında ilk oyun iyulun 27-də “Qrbavitsa” stadionunda, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti