“Neftçi”yə “hə” demək üçün üç nəfərlə əlaqə saxladı: “Mənə söylədilər ki...”

22 İyul 2023 20:00 Neftçi 2 513
“Neftçi”yə “hə” demək üçün üç nəfərlə əlaqə saxladı: “Mənə söylədilər ki...”

“Neftçi”dən təklif alanda klub, şəhər və ölkə haqqında müəyyən məlumatlar öyrənmək istəyirdim”.

“Neftçi”nin yeni transferi Yuri Matias Sportinfo.az-a açıqlamasında “ağ-qaralar”dan aldığı təklif haqda danışıb.

Braziliyalı müdafiəçi klub haqda müəyyən bilgilərə sahib olsa da, daha çox öyrənmək istəyirmiş. O, bu məqsədlə ölkəmizdə top qovan tanıdığı futbolçularla əlaqə saxlayıb.

28 yaşlı futbolçu həmin oyunçuların adlarını çəkib:

“Riçard Almeyda ilə Patrik Andradeni tanıyırdım. Düzdür, Patrik “Partizan”dan qayıdıb, amma daha öncə Azərbaycanda top qovub.

“Neftçi”dən təklif aldığımı deyib, onların fikirlərini soruşdum. Mənə ən yüksək təəssüratlarını çatdırdılar.

Daha sonra Mateus Saldanya ilə əlaqə saxladım. O da mənə “Neftçi”də xoşbəxt olduğumu, Azərbaycana gəlməklə doğru addım atacağımı söylədi.

Düzdür, hələ ki, Bakını gəzmək imkanım olmayıb. Amma komanda daxilində gördüklərimdən olduqca məmnunam”.

2020-ci ildən Rumıniyada top qovan Yuri Matias 2 il “Qaz Metan”da çıxış edəndən sonra ötən ilin yayında “ÇFR Kluj”a transfer olunub.

“Neftçi”nin braziliyalı üçün “ÇFR Kluj”a 400 min avro transfer haqqı ödədiyi bildirilir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti