UEFA-dan “Neftçi” ilə bağlı yeni qərar - Yarım saat gec...

22 İyul 2023 17:00 Neftçi 3 065
UEFA-dan “Neftçi” ilə bağlı yeni qərar - Yarım saat gec...

“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi ilk oyunun təqvimində dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, UEFA iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq görüşün saatını dəyişib.

Qitə futbol qurumunun qərarına görə, Sarayevodakı qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 22:30-da deyil, yarım saat gec – yəni, 23:00-da start götürəcək.

Bu komandalar arasında cavab oyunu avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti