Xəbər verdiyimiz kimi, Qara Qarayev yetirməsi olduğu “Qarabağ”dan ayrılıb.
Bu ilin əvvəlindən bəri Ağdam klubunda ısas heyətə düşməyən yarımmüdafiəçi iki klub – “Sabah” və “Neftçi” arasında seçim edib.
O, ikincilərə üstünlük verib. Dayaq oyunçusu “ağ-qaralar”la 3 illik (2+1) müqavilə imzalayıb.
Millinin sabiq oyunçusu yeni klubunda böyük pul qazanacaq. Burada keçirəcəyi hər mövsümdə 350 min manat əldə edəcək.
Qarayev “Neftçi”ni Emin Mahmudova görə seçib. Çünki onlar millidən tanışdırlar və bu münasibətlər ötən illər ərzində dostluğa çevrilib.
Demə, Qara hələ 3 ay əvvəl Eminə belə bir söz verib. Qurban Qurbanovun gözündən düşdüyünü hiss edən orta sahə oyunçusu “Neftçi”nin kapitanına “sən burada qalsan, mən də yanına gələcəm” deyib.
2017-ci ildən ağ-qara formanı geyinən Mahmudov bigünlərdə 2+1 illk yeni müqavilə imzalayandan sonra məlum şərti Qarayevin yadına salıb, o da, göründüyü kimi, sözünü tutub.
SPORTİNFO.AZ

