“Kasımpaşa”nı "Neftçi"yə yox, “Manisa"ya dəyişdi

22 İyul 2023 09:00 Neftçi 1 597
“Kasımpaşa”nı "Neftçi"yə yox, “Manisa"ya dəyişdi

"Neftçi"ni n transfer etmək istədiyi Daniel Qraovaç Azərbaycana gələsi olmayıb.

Sportinfo.az xəbər verir ki, bosniyalı “Kasımpaşa”nı “Manisa"ya dəyişib.

Əslində, Qraovaç özü “Neftçi”yə keçidə razı olub. Lakin sonradan klublar arasında danışıqlar müsbət nəticələnmədiyindən müdafiəçi Türkiyədə qalıb.

Adrian Mutunun “Neftçi”yə gətirmək istədiyi 29 yaşlı futbolçu "Manisa" ilə müqavilə imzalayıb. Qraovaçla iki illik müqaviləyə qol çəkib.

Hərçənd ki, yeni çalışdırıcı Rumıniyadan yaxşı tanıdığı mərkəz oyunçusunun özüylə danışaraq, Azərbaycana gəlməyə razı salmışdı.

Super Liqa təmsilçisi 2022-ci ildən formasını geyinən 29 yaşlı balkanlını satmaq fikrində olmaması barədə bakılı həmkarlarını məlumatlandırıb.

Bosniya və Herseqovinanın əsas yığmasında 3 matçp çıxmış Qraovaç 2019-2022-ci illəri Rumıniyada keçirib. İlk 2 ildə «Astra»nın, növbəti mövsümü iəs «CFR Kluj»un şərəfini qoruyub.

Yeniyetməlik illərində «Sloboda Novi Qrad» və «Dinamo»nun (Zaqreb) sıralarında yer almış bosniyalı Rumıniyadan öncə Xorvatiya («Zrinjski Mostar»), Belçika («Muskron») və Serbiyada («Voyvodina») legioner həyatı yaşayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti