"Neftçi" ilə müqavilə imzalamaq üçün klubundan ayrıldı

22 İyul 2023 00:40 Neftçi 3 158
"Neftçi" ilə müqavilə imzalamaq üçün klubundan ayrıldı

"Neftçi" ilə anlaşan Mark Tamaş Rumıniyada "Sepsi"dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisinin gələn ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Sepsi" Mark Tamaşı ötən ilin sentyabr ayında "Şlask"dən transfer etmişdi.

Macarıstanlı arxa xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti