"Neftçi"də ayrılıq: 5 ildən sonra klubu tərk etdi - SON DƏQİQƏ

21 İyul 2023 23:40 Neftçi 47 716
"Neftçi"də ayrılıq: 5 ildən sonra klubu tərk etdi - SON DƏQİQƏ

Neftçi”də gözlənilən ayrılıq baş tutub.

Söhbət klubun prezidenti Kamran Quliyevdən gedir.

O, bu gün vəzifəsindən azad edilməsi ilə bağlı sənədə imzasın atıb.

45 yaşlı funksionerin gedişi ən qısa zamanda ictimaiyyətə açıqlanacaq.

Kamran Quliyev 2018-ci ildən qalmaqallı şəkildə "Sumqayıt"ın prezidenti postun tərk edərək “Neftçi”nin başına keçmişdi.

Paytaxt klubu onun dönəmində 1 dəfə Azərbaycan Premyer Liqasının (2020/2021) qalibi olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti