Qara Qarayev yetirməsi olduğu “Qarabağ”dan ayrılıb. Bu ilin əvvəlindən bəri
Ağdam klubunda ısas heyətə düşməyən yarımmüdafiəçi iki klub – “Sabah” və “Neftçi” arasında seçim edib.
O, ikincilərə üstünlük verib. Dayaq oyunçusu “ağ-qaralar”la 3 illik (2+1) müqavilə imzalayıb.
Qarayev “Neftçi”Ni Emin Mahmudova görə seçib. Çünki onlar millidən tanışdırlar və bu münasibətlər ötən illər ərzində dostluğa çevrilib.
Demə, Qara hələ 3 ay əvvəl Eminə belə bir söz verib. Qurban Qurbanovun gözündən düşdüyünü hiss edən orta sahə oyunçusu “Neftçi”nin kapitanına “sən burada qalsan, mən də yanına gələcəm” deyib.
2017-ci ildən ağ-qara formanı geyinən Mahmudov bigünlərdə 2+1 illk yeni müqavilə imzalayandan sonra məlum şərti Qarayevin yadına salıb, o da, göründüyü kimi, sözünü tutub.
SPORTİNFO.AZ

