«Neftçi»nin icraçı direktor postunda dəyişiklik gündəmdədir.
Bu barədə redaksiyamıza SOCAR rəhbərliyinə yaxın mənbə məlumat verib.
Onun bildirdiyinə görə, Zaur Əzizovla tezliklə bu postdan kənarlaşdırılacaq. Amma Əzizovun klubda başqa bir vəzifəyə keçirilməsi də istisna olunmur.
Hər halda bu və digər məsələlərə qısa zamanda aydınlıq gətiriləcək. Müşahidə Şurasının aylardır gözlənilən toplantısı bugünlərdə baş tutacaq.
Yığıncaqda klubun növbəti növsümlə bağlı startegiyası müzakirə olunacaq.
Şura üzvləri yeni baş məşqçi Adrian Mutu ilə görüşəcək, hədəflər, görüləcək işlər, transfer bazarlığı və sair mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
SPORTİNFO.AZ

