Mutu ondan əvvəl Neftçi ilə anlaşmış legionerə razılıq verdi, transfer bitdi – SON DƏQİQƏ
Baş məşqçi postuna Adrian Mutunu gətirən «Neftçi» üçüncü legioner transferini bitirib.
Bakılılar bu dəfə də müdafiə xəttinə yeni sima alıb. Buna kimi stoperlər - «Rapid»dən Yuri Matias və "Sepsi"dən Mark Tamaşla anlaşan «ağ-qaralar» indi də cinaha başqa birinsini götürüb.
Paytaxt təmsilçisi Ervin Koffini sıralarına qatıb. Fil Dişi Sahilindən olan legionerlə 2+1 illik müqavilə imzalanıb.
Ölkəsinin U-23 yığmasının formasını geyinmiş Koffinin 28 yaşı var. «Şarleru»nin yetirməsi son olaraq Fransada «Pau»nun formasını geyinib.
2015-2018-ci illərdə «Loryen»in şərəfini qourumuş cinah müdafiəçisi Kiprdə də legioner həyatı yaşayıb. «Anortosis» və «Olimpiakos»un (Nikosiya) uğurları üçün tər töküb.
«Neftçi» afrikalı ilə hələ iyunun əvvəlində anlaşmışdı. Lorentsiu Regekamfın vaxtında və onun razılığı ilə. Rumıniyalı görəvdən alınandan sonra bu transferin reallaşdırılması təxirə salındı.
SOCAR hər şeyi yeni baş məşqçinin öhdəsinə buraxdı. Koffinin oyunlarını izləyən Adrian Mutunun rəyi müsbət oldu və münasibətlərin rəsmiləşməsinə razılıq verdi.
SPORTİNFO.AZ

