"Neftçi" daha bir legionerin transferin başa vurub.
Söhbət macarıstanlı mərkəz müdafiəçisi Mark Tamasdan gedir.
Müqavilə ilə Rumıniya təmsilçisi "Sepsi"yə məxsus olan arxa xətt oyunçusu ilə bütün detallarda razılıq əldə olunub.
Bakılılar Yuri Matias transferində olduğu kimi Mark Tamasa görə də təzminat ödəməli olub. Hətta ölkəmizə gəlməsi üçün təzminatın bir hissəsini futbolçu özü ödəyib.
Macarıstan millisində 1 oyun keçirmiş 29 yaşlı legioner "Sepsi"yə kimi ölkəsində "Videoton", "Puskas", "Diosgyror" və Polşada "Slask"ın şərəfin qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ

